Bərdə rayonunun Hacıallı kəndində yerləşən “Atabəy” şadlıq sarayının rəhbəri həbs edilib. Bu barədə fevralın 9-da Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Buna səbəb keçirilən toy məclisində karantin qaydalarının pozulması olub.
Restorana cavabdeh olan şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib.