TÖVSİYƏ XƏBƏRLƏR

Bəzi heyvanların ovlanmasına görə mükafat verilir

Bəzi heyvanların ovlanması üçün müəyyən məbləğdə mükafat təyin edilir. Bu haqda fevralın 2-də Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov məlumat verib.

Onun sözlərinə əsasən, sayı artdıqca ətrafda yaşayanlara zərər vuran heyvanların ovlanması zəruridir: “Məsələn, çaqqal, canavar kimi heyvanların sayı artanda qida ehtiyatları tükənir və insanlara hücum edirlər”.

Həmçinin sədr qeyd edib ki, ovçuluq turizmin inkişafına da müsbət təsir edir. “Ov üçün gələn xarici vətəndaşlar daim ovda olmur. Onlar ölkədə abidə və muzeyləri də gəzir, ictimai-iaşə obyektlərinin xidmətlərindən istifadə edirlər”, – deyə R.Zamanov vurğulayıb.