Başlıbelin 12 sakininin meyit qalıqlarının kimə aid olması müəyyənləşib və torpağa tapşırılıb

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilər tərəfindən güllələnən 12 nəfərin meyitinin müayinəsi aparıldıqdan sonra onlar əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb.

Həmin şəxslərin adları əvvəldən məlum olub, lakin kimin harada basdırıldığı bilinmirdi. Meyitlər üzərində eyniləşdirmə aparılıb, eyniləşdirmə nəticəsində hansı meyitin kimə aid olduğu müəyyənləşdirilib. 29 il əvvəl burada basdırılanların altısı qadın, altısı kişi, biri 12 yaşlı uşaq, biri isə 16 yaşlı yeniyetmədir.

3 aprel 1993-cü ildə Ermənistan Silahlı qüvvələri Başlıbel kəndinə hücum edərək evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər kəndin ən hündür ərazisindəki təbii mağaralara sığınıb. 18 aprel 1993-cü il tarixdə ermənilər mülki şəxslərin gizləndiyi mağaraları atəşə tutmağa başlayıb. Nəticədə 12 nəfər sığındıqları yerdə qəsdən öldürülüb.

Hücum nəticəsində 14 nəfər girov götürülüb. Həmin şəxslər sonradan girovluqdan azad edilsələr də, onlardan 9 nəfəri aldıqları mənəvi və psixoloji sarsıntılardan vəfat ediblər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Başlıbelin 12 sakininin meyit qalıqlarının kimə aid olması müəyyənləşib və torpağa tapşırılıb”

Tövsiyə xəbərlər