Baş nazir: Azərbaycan Gürcüstanın qardaş dövlətidir

“Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, qardaş dövlətidir”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 18-də Marneuli rayonunun Qızılhacılı kəndində SOCAR-ın inşa etdirdiyi idman kompleksinin açılış mərasimində deyib.

Nazirin sözlərinə əsasən, iki ölkə arasında dostluq münasibətləri yüksək səviyyədədir və Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

“Müasir idman kompleksi Gürcüstana böyük hədiyyədir. SOCAR xüsusilə Gürcüstanda ən böyük investor şirkətlərindən biridir”, – deyə İrakli Qaribaşvili vurğulayıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, şirkət Gürcüstana 1,2 milyard dollar sərmayə qoyub. Sərmayələrin  300 milyon dollardan çox hissəsi ölkənin qazlaşdırılımasına yönəldilib.

“Gürcüstan dövlətinin dəstəyi ilə sosial layihələr həyata keçiririk və bu ölkədə yaşayan soydaşlarımızın cəmiyyətə inteqrasiya prosesinə öz töhfəmizi veririk”, – deyə SOCAR-ın prezidenti qeyd edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Baş nazir: Azərbaycan Gürcüstanın qardaş dövlətidir”

Tövsiyə xəbərlər