TÖVSİYƏ XƏBƏRLƏR

Babək rayonunda yaşayış evi yanıb

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yaşayış evində yanğın baş verib. Bu haqda 10 fevral tarixində Apa məlumat verib.

Ev Xəlilli kənd sakini, 63 yaşlı Gülüstan Əliyevaya məxsusdur. Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları tərəfindən alov söndürülüb, xəsarət alan yoxdur. Ümumi sahəsi 126 kv.metr olan mənzilin 98 kv.metr hissəsi yanıb.

Yanğına səbəb evə bitişik yardımçı tikilidə olan qaz plitəsinin nəzarətsiz qalması olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx