Babək rayonunun Qahab kəndində zibil aşıb-daşır

Babək rayonunun kəndi zibil poliqonuna çevrilib

Babək rayonunun Qahab kəndində zibil aşıb-daşır. İnsanoid.com bu barədə 19 yanvar tarixində Report.az-a istinadən xəbər verir.

Küçələrdə təmizlik qutuları azdır. Digər təyin olunan ərazilərdə isə qutular, ümumiyyətlə, yoxdur. Bu səbəbdən sakinlər məişət tullantılarını hara gəldi atırlar. Çöl heyvanları zibili ətrafa yayır, su kranlarının, məktəb yollarının ətrafında antisanitariya yaranır.

Sakinlər məsələ ilə bağlı kənd bələdiyyəsinə məlumat versələr də, problem aradan qaldırılmır:

“Çünki son illərdə bələdiyyə büdcələrinə yığılan vəsaitə MR-in Maliyyə Nazirliyi nəzarət edib və lazımi işlərə xərclənməsinə imkan verməyib”.

Narahatlıq doğuran digər məsələ isə kənd ərazisində tullantı poliqonunun yaradılmasıdır. İddia edilir ki, bu ərazi kəndin otlaq sahələrinə aiddir. Qahabla yanaşı, daha üç kəndin tullantıları da bura atılır. Poliqon çəpərlənmədiyindən mal-qara zibilxanalardan qidalanır. Bu isə onların tələf olması ilə yanaşı, həm də bir sıra xəstəliklərin insan orqanizminə keçməsinə səbəb ola bilər.

Qahab Bələdiyyəsinin sədri Məmmədhəsən Əsgərov məsələ ilə bağlı açıqlama verib. O, bütün şikayətlərin əsassız olduğunu deyib:

“Poliqon məsələsinə gəldikdə isə həmin ərazi kəndin otlaq sahələrinə aid deyil”.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx