Badamdar - 20-ci sahə yolu açılıb

Badamdar – 20-ci sahə yolu açılıb

Badamdar – 20-ci sahə yolunda avtomobillərin hərəkəti tam bərpa olunub. Bu barədə 24 yanvar tarixində APA məlumat verib.

Bir neçə ay əvvəl sürüşmə zonasında aparılan işlərə görə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, yola asfalt çəkilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Badamdar – 20-ci sahə yolu bütün növ avtomobllərin hərəkəti üçün yararlı hala gətirilib. Qurum rəsmisi sürücülərə müraciət edərək onları yenidən istismara verilmiş yoldan istifadə etməyə çağırıb.

Bundan başqa, yaxın günlərdə marşrut avtobuslarının da yoldan istifadəsinə icazə veriləcəyi gözlənilir.

Qeyd olunub ki, 2018-ci ildə Badamdar yamacında baş verən sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşların rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib.

İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx