Badamdarda dağlıq ərazi yanır

Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

İlkin ehtimala görə ərazidən keçən elektrik xətlərində baş verən qısaqapanma yanğına səbəb olub. Yanğın zamanı kol-kos və quru ot yanıb. Həmçinin ərazidə olan eldar şamı ağaclarına ziyan dəyib. Yanğın 2 ha-a yaxın ərazini əhatə edib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır və dəymiş ziyan hesablanır.


***

14:17

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində dağlıq ağaclıq ərazidə kol-kos və quru ot yanır. Bu barədə sentyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Badamdarda dağlıq ərazi yanır”

Tövsiyə xəbərlər