TÖVSİYƏ XƏBƏRLƏR

Bədii gimnastika üzrə 2027-ci ildəki dünya çempionatı Bakıda keçiriləcək

2027-ci ildə bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu barədə 15 may tarixində Report Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumat verib.

Qərar Beynəlxalq Gimnastika Federasiyası Şurasının Türkiyənin Antalya şəhərində baş tutan iclasında səsvermə yolu ilə qəbul edilib.

Yarış 15-19 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Qeyd olunub ki, yarışı təşkil etmək üçün Azərbaycanla yanaşı, İsrail də namizədliyini irəli sürmüşdü. Bu, Azərbaycanın bədii gimnastika üzrə təşkil edəcəyi 3-cü dünya çempionatı olacaq. Xatırladaq ki, Bakı 2005 və 2019-cu illərdə də sözügedən turnirə ev sahibliyi edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx