TÖVSİYƏ XƏBƏRLƏR

Bəhram Bağırzadə: Bakı dünyanın ən tolerant şəhəridir

Bakı dünyanın ən tolerant şəhəridir. Bunu Bəhram Bağırzadə öz İnstagram hesabında bildirib.

Bu barədə 17 aprel tarixində İnsanoid xəbər verir.

Videogörüntüdə şəhərin qənnadı məmulatları dükanlarının birində iftar açmaq üçün su və xurma ilə yanaşı, kuliçlər (Pasxa çörəyi) düzülümüşdür.

“Məhz bunun üçün öz doğma şəhərimi sevirəm. Bakı dünyanın ən tolerant şəhəridir”, – deyə şoumen Bəhram Bağırzadə görüntünü şərh edib.

Qeyd edək ki, İslam dünyasında hal-hazırda Ramazan ayıdır, həmçinin ötən gün xristianlar Pasxa bayramını qeyd ediblər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx