TÖVSİYƏ XƏBƏRLƏR

Bakı: 20 nömrəli məktəb-liseyin karantin müddəti 10 gün uzadılıb

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə karantin müddəti daha 10 gün uzadılıb. Bu haqda Bakı şəhəri üzrə Təhsil İdarəsindən oktyabrın 30-da məlumat verilib.

Səbəb təhsil müəssisəsində daha bir neçə müəllim və şagirdin koronavirus infeksiyasına yoluxmasıdır.

Sözügedən lisey oktyabrın 18-də bağlanılmışdır. O zaman məktəbin 20 şagirdi və 15 müəlliminin COVID-19-a yoluxması təsdiq olunmuşdur.