TÖVSİYƏ XƏBƏRLƏR

Bakı: binalarda liftlərdən ehtiyat hissələri oğurlayan 4 nəfər saxlanılıb

Bakıda binalarda liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb. Bu haqda DİN sentyabrın 28-də xəbər verib.

Binəqədidə əvvəllər məhkum olunmuş şəxs və onun əmisi oğlu saxlanılıb. Onlar cari ilin may ayından 21 binanın liftlərinin akkumulyatorlarını və əyləc dolaqlarını oğurlayıb metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Həmin metal qəbulu məntəqələrinin sahibləri müəyyən edilərək istintaqa cəlb ediliblər.

Oğurluq edən qohumlar binaların liftlərinə 25 min manata yaxın maddi ziyan vurublar.

Suraxanı rayonunda da liftlərin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən 2 qardaş saxlanılıb. Təqsirli bilinən şəxslər Hövsan qəsəbəsində binaların liftlərinə 3 min manata yaxın maddi ziyan vurublar.

Saxlanılan zaman qardaşların üzərindən narkotik vasitələr də aşkar edilərək götürülüb.

DİN metalların qəbulunu həyata keçirən məntəqə sahiblərinə müraciət edərək bildirib ki, qeyri-qanuni hallarla rastlaşdıqda dərhal “102” zəng mərkəzinə məlumat versinlər.