Bakı: bir neçə məktəb əsaslı təmirdən sonra istifadəyə verilib

Sentyabrın 21-də paytaxtın Ağ Şəhər ərazisində Bakı Avropa Liseyi üçün inşa edilən binanın açılışı olub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Bakı Avropa Liseyi daha əvvəl Bakı şəhəri Yasamal rayonunda yerləşirdir.

Daha sonra Prezident Sabunçu rayonunda 71 və 307 saylı tam orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycanda son 15 ildə 3500-dən çox yeni məktəb tikilib və əsaslı təmir olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: bir neçə məktəb əsaslı təmirdən sonra istifadəyə verilib”

Tövsiyə xəbərlər