Paytaxtda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb. Bu barədə Bakı Nəqliyyat Agentliyi sentyabrın 20-də məlumat yayıb.
Hazırda sıxlıq müşahidə olunan ərazilər aşağıdakılardır:
- Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqamətində;
- Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;
- Tbilisi prospekti – şəhər istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə;
- Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.