TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda dörd yeni məktəb tikilib

Avqustun 30-da Bakıda dörd yeni məktəbin tikintisi tamamlanıb. Bu barədə Təhsil İdarəsi məlumat verib.

Yeni Yasamal yaşayış massivində, Xocasən, Hövsan və Binə qəsəbələrində dörd yeni məktəb tikilib.

Həmçinin Binə qəsəbəsi “Bolluq” və “Atıcılıq” yaşayış massivlərində, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsində dörd yeni məktəbin tikintisi davam etdirilir.

205, 71 və 307 nömrəli məktəblərin təmir-bərpa işləri yekunlaşıb, 320, 126, 35, 87 və 263 nömrəli məktəblərdə isə davam etdirilir.

Ümumilikdə 54 təhsil müəssisəsində təmir və mühəndis-kommunikasiya işləri aparılır.