Bakıda həyat yoldaşını öldürən hakimə hökm oxunub

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən sabiq hakimə hökm oxunub. Fəqan Əhmədov ciddi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report sentyabrın 30-da məlumat yayıb.

İstintaqla 2021-ci il mayın 30-da Fəqan Əhmədovun ov tüfəngindən atəş açaraq həyat yoldaşını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin sabiq hakimidir.

Baş Prokurorluğun məlumatına əsasən, bu ilin birinci yarımilliyi ərzində qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib.

Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda həyat yoldaşını öldürən hakimə hökm oxunub”

Tövsiyə xəbərlər