Bakıda həyat yoldaşını öldürən şəxsə hökm oxunub

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ehtibar Qasımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report sentyabrın 22-də məlumat yayıb.

Hadisə 2021-ci il 1 fevral tarixində Suraxanı rayonunda baş verib. 1992-ci il təvəllüdlü Fəridə Qasımova əri tərəfindən qısqanclıq zəminində bıçaqlanaraq qətlə yetirilib. Cinayətkar həyat yoldaşını sosial şəbəkədən istifadə etdiyi üçün öldürdüyünü etiraf edib.

Bu ilin yanvar-iyun ayları ərzində 821 nəfər məişət zorakılığına məruz qalıb. Baş Prokurorluğun məlumatına əsasən, müvafiq dövrdə qeydə alınmış adam öldürmə cinayətləri nəticəsində 33 qadın qətlə yetirilib.

Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda həyat yoldaşını öldürən şəxsə hökm oxunub”

Tövsiyə xəbərlər