Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

Azərsu Bakının Xətai rayonunda içməli sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlayıb. Bu barədə sentyabrın 20-də Azərsudan bildirilib.

Xətai rayonu Nazim Şükürov küçəsində yerləşən “Uğur Su” şirkətinin içməli su şəbəkəsinə 40 mm diametrli boru ilə qanunsuz birləşmə edildiyi məlum olub. Buradan götürülən su xammal kimi istifadə olunub və qablaşdırılaraq əhaliyə satılıb.

Sudan qeyri-qanuni istifadənin aşkarlandığı növbəti ünvan Neapol küçəsində yerləşən restoran olub. Obyektin sahibi yaxınlıqdakı yataqxana binasındakı xəttə özbaşına qoşulma edib.

Xətai rayonunun Həsən Salmanov küçəsindəki avtoyuma məntəqəsində də qanunsuz qoşulma aşkarlanıb. Eyni zamanda rayon ərazisində yeni tikilmiş bəzi fərdi evlərdə də sudan qanunsuz istifadənin qarşısı alınıb. Aşkar edilmiş qeyri-qanuni birləşmələr ləğv edilib və dəymiş ziyan hesablanıb.

2021-ci ilin 8 ayında sudan qanunsuz istifadə ilə bağlı Azərsu üzrə 11 646,  Xətai rayonu üzrə isə 92 fakt aşkarlanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb”

Tövsiyə xəbərlər