Bakıda 146 №-li tam orta məktəbin qarşısında ilk dəfə olaraq qabarıq sahəyə malik piyada zolağı yaradılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sentyabrın 18-də məlumat verib.
Piyada zolağı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin təmiri zamanı salınıb.
Layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları quraşdırılıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.