Bakıda kürəkən qayınata və qayınanasını yandırıb

Sentyabrın 19-da Nəsimi rayonunda paytaxt sakini Rövşən Tağıyev qayınatası Mütəllim Babayevin üzərinə və mənzilinə benzin töküb yandırıb. Nəticədə sonuncu və həyat yoldaşı Tahirə Babayeva yanıq xəsarətləri alıb. Bu barədə sentyabrın 20-də Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

Rövşən Tağıyev şübhəli şəxs qismində saxlanılıb və barəsində “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd” və “iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd” maddələri ilə cinayət işi açılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda kürəkən qayınata və qayınanasını yandırıb”

Tövsiyə xəbərlər