TÖVSİYƏ XƏBƏRLƏR

Bakıda liftlərdən elektrik naqilləri oğurlayan şəxs saxlanılıb

Bakı şəhərində liftlərdən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə 23 mart tarixində Daxili İşlər Nazirliyin nümayəndəsi məlumat verib.

Belə ki, Binəqədi rayonunun 9-cu mikrorayon ərazisindəki 13 hündürmərtəbəli yaşayış binasının liftlərindən elektrik naqillərini və müxtəlif texniki avadanlıqları sökərək oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini saxlanılıb. Məlumata əsasən, sözügedən şəxs əvvəllər də oğurluğa görə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.