Bakının Xəzər rayonunda narkotiklərin satışı ilə məşğul olan şəxs 3 kiloqram narkotiklə saxlanılıb. Bu barədə DİN sentyabrın 1-də məlumat verib.
Əməliyyatlar zamanı paytaxt sakini Zaman Əliyev istintaqa təqdim olunub. Onun üzərinə və yaşadığı evə baxış keçirilib. Nəticədə 3 kiloqrama yaxın heroin və marixuana, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs narkotiklərdən istifadə etməklə yanaşı satışını da təşkil etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
DİN-in məlumatına görə, 2021-ci ilin yanvar – iyun ayları ərzində ölkədə 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan 4 mindən çoxu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.