Bakıda ər və arvadı dənizə itələyib çanta və telefonunu oğurladılar VİDEO

Oktyabrın 2-də Xəzər Xəbərin verdiyi məlumata görə, paytaxtın Hövsan qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

Dəniz kənarında istirahət edən ər və arvada yaxınlaşan dörd nəfər qadının çantasını ələ keçirmək üçün qərar veriblər ki, həmin şəxsləri dənizə atıb soyğunçuluq niyyətlərini həyata keçirsinlər. Elə bu məqsədlə də 35 yaşlı qadını suya atıb çantasını və mobil telefonunu götürüblər. Amma onun ərini suya ata bilməyiblər. Zərərçəkmiş kişi yeniyetmələrin arxasınca qaçsa da, onları tuta bilməyib.

Zərərçəkmişlər 30-cu polis şöbəsinə şikayət ediblər. Nəticədə şübhəli bilinən üç yeniyetmə saxlanılıb. Onlar törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Video: YouTube Xəzər Xəbər

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda ər və arvadı dənizə itələyib çanta və telefonunu oğurladılar VİDEO”

Tövsiyə xəbərlər