Bakıda rüşvətlə hərbi bilet verən şəxslər saxlanılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin vəzifəli şəxsləri rüşvət almaqda şübhəli bilinirlər. Bu barədə Baş Prokurorluq avqustun 17-də xəbər verib. Məlumata əsasən, onlar 11 nəfərə pul müqabilində hərbi bilet veriblər.

İdarənin rəisi Rövşən Babayeva və baş zabiti Yaşar Hüseynova “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələri ilə ittiham elan edilib.

Nəticədə Rövşən Babayev həbs edilib. Yaşar Hüseynov barəsində isə vəzifədən kənarlaşdırma, eləcə də istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda rüşvətlə hərbi bilet verən şəxslər saxlanılıb”

Tövsiyə xəbərlər