Bakının hazırda sıxlıq müşahidə olunan küçə və prospektləri açıqlanıb. Bu haqda Bakı Nəqliyyat Agentliyindən sentyabrın 21-də bildirilib.
Hazırda sıxlıq qeydə alınan ərazilər aşağıdakılardır:
- Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə;
- Alı Mustafayev küçəsi – “20 Yanvar” dairəsindən Ziya Bünyadov prospekti istiqamətində;
- Yusif Səfərov küçəsi – Cavanşir körpüsü istiqamətində;
- Babək prospekti – Yusif Səfərov küçəsi;
- Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər;
- Heydər Əliyev prospekti – orta və kənar yolda Atletlər kəndinin qarşısından şəhər istiqamətində.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.