Bakıda saxta COVID-19 pasportu satanlar aşkarlanıb

Avqustun 30-da Bakıda polis tərəfindən saxta COVID-19 pasportu satmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Bu haqda avqusun 31-də DİN məlumat verib.

Saxlanılanlar etiraf ediblər ki, 40 nəfər vətəndaşın hər birindən 225 manat almaqla saxta COVID-19 sənədini satıblar. Polis şübhəlilərə məxsus avtomobilə baxış keçirərkən vaksinasiyanın hər iki dozası qeyd olunmuş “COVID-19” pasportu, 30 nəfərə aid şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edib.

Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda saxta COVID-19 pasportu satanlar aşkarlanıb”

Tövsiyə xəbərlər