Bakıda saxta COVID pasportu verən tibb işçiləri saxlanılıb

Avqustun 23-də Bakıda bir neçə tibb müəssisəsində pulnan bəzi vətəndaşlara saxta COVID-19 pasportu satılma faktı məlum olub. Bu barədə Baş Prokurorluq və DİN məlumat bildirib.

Binə qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının tibb işçiləri Səbail rayonunda yerləşən 33 saylı Şəhər Poliklinikasının əməkdaşı ilə əlbir olaraq vətəndaşlardan 300 manat alıb saxta sənəd təqdim ediblər.

Analoji hal Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanası və Yasamal rayonunda yerləşən 3 saylı Şəhər Poliklinikasında da aşkar edilib.

Avqustun 17-də Sabunçu rayonunun 11 saylı şəhər poliklinikasının əməkdaşları tərəfindən pul müqabilində vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsi haqda şübhələr müəyyən edilmişdir. Vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanmış və Baş İdarənin İstintaq idarəsinə tapşırılmışdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda saxta COVID pasportu verən tibb işçiləri saxlanılıb”

Tövsiyə xəbərlər