Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır

Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır. Bunu sentyabrın 14-də Trend-ə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri görülür. Bənövşəyi xətt üzrə 4-cü olacaq və şərti adı “B4” adlandırılan stansiyanın ərazisində inşaatın ilkin hazırlıq işləri görülüb. Stansiyanın platformaları 7 vaqonluq olacaq. Yeni tikiləcək stansiyada eskalatorla yanaşı, liftlər də quraşdırılacaq.

Yeni metro stansiyası Bakının Nəsimi rayonu ərazisində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yanında inşa ediləcək.

Bakı Metropoliteninin nümayəndəsinin sözlərinə görə, yaxın vaxtlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Gələcəkdə Bənövşəyi xəttin Xocasənə qədər uzadılması nəzərdə tutulur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakıda yeni metro stansiyasının tikintisinə başlanılır”

Tövsiyə xəbərlər