Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə təhsil işçiləri üçün səyyar vaksinasiya məntəqələri yaradılıb. Bu barədə senytabrın 13-də Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi bütün təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırıb.
Vaksin olunmayan təhsil işçilərinin təhsil müəssisələrinə girişinə icazə verilmir. Peyvənd olunmayanlar “Əks göstəriş sertifikatı”nı təqdim etməlidirlər.
Sentyabrın 9-a olan məlumata görə, təhsil işçilərinin 80%-dən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.