Bakı metropoliteni daha 20 yeni vaqon alacaq

Bakı Metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi sifariş verib. Bunu sentyabrın 15-də Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Bakı Metropoliteni Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilə bağlayıb. Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib Bakıya göndərilməlidir.

Yeni vaqonlar kondisioner, avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Vaqonlar arasında birbaşa keçidlər var. Baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin tutumuna malikdir.

Hazırda Bakı Metropolitenində 56 qatar tərkibi olmaqla 280 vaqon sərnişinlərə xidmət edir. Onlardan 19 qatar tərkibi olmaqla 95 vaqon yeni nəsil vaqonlardır. Gələn ilin sonuna isə metro stansiyalarında xidmət edəcək yeni nəsil vaqonlarının sayı 115, qatar tərkibinin sayı 23 olacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı metropoliteni daha 20 yeni vaqon alacaq”

Tövsiyə xəbərlər