Bakı metropolitenində avqustda nə qədər sərnişin daşınıb?

Bakı metropolitenində avqust ayında gün ərzində orta hesabla 377 minə yaxın sərnişin daşınıb. Bu barədə sentyabrın 16-da Oxu.Az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Nazirlər Kabinetinin qərarı ilə metro şənbə və bazar günləri sərnişin daşımayıb. Bu səbəbdən 22 günün statistikasına əsasən, ay ərzində gündəlik sərnişindaşıma 377 minə yaxın olub.

Ümumən yay dövründə metropolitenin sərnişinləri əsaslı şəkildə azalır. Lakin pandemiya şəraiti və xüsusi karantin rejiminin müddətinin uzadılması da azalmaya böyük səbəb olub.

Pandemiyadan əvvəl, 2019-cu ilin iyun-avqust ayları ərzində metrodan orta hesabla 563 minə yaxın sərnişin istifadə edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı metropolitenində avqustda nə qədər sərnişin daşınıb?”

Tövsiyə xəbərlər