TÖVSİYƏ XƏBƏRLƏR

Bakının hansı restoranlarında canlı musiqi dinləyə bilərik?

Bir çoxumuz yemək zamanı musiqi dinləməkdən zövq alırıq. Bəs hansı restoranlarda yemək yeməklə yanaşı, ruhumuzu da qidalandıra bilərik? Bu barədə İnsanoid araşdırma aparıb.

Amerikan Bar və Barbekü yeməkləri ilə məşhur olan HardRock-da canlı musiqi fərqli günlərdə və saatlarda olur. Bu barədə öncədən səhifələrində məlumat verilir. Buradakı burgerlərin qiyməti 13-24, salatların 8-16, əsas yeməklərin isə qiyməti 12-30 manat arasında dəyişir.

 

Soul Kitchen-də canlı musiqi həftənin 1-4-cü günləri saat 20:00-22:00 arası, 5-7-ci günlər isə 19:00-dan 22:30-a kimi olur. Burada qəlyanaltılar 9 manatdan başlayır, salatlar 8-15 manat arası dəyişir. Əsas yeməklərin qiyməti isə 14-24 manat təşkil edir.

Ajda restoranının xüsusiyyəti canlı musiqinin hər gün saat 15:00-dan 23:00-a kimi verilməsidir. Türk və Avropa mətbəxlərinin təamlarını təqdim edən Ajda Fəvvarələr meydanında yerləşir. Salatların qiyməti burada 8-11 manat, şorbalar 4-5 manat, isti yeməklərin qiyməti isə 11-24 manat arasındadır.

SAHiL bar & restaurant-da canlı musiqiyə qulaq asmaq istəyənlər cümə və şənbə günləri 20:00-21:00 arası bu məkana üz tuta bilərlər. Burada salatlar müştərilərə 8-14 manata, qəlyanaltılar 3-11 manata, əsas yeməklər isə 9-40 manata təklif olunur.

İzmir parkının yaxınlığında yerləşən 150 Bar & Grill Club-da salatların qiyməti 15-20 manat, isti yeməklərin qiyməti isə 14-38 manatdır. Bu məkan canlı musiqini cümə və şənbə günləri saat 20:00-dan 23:00-a kimi təqdim edir.

Dəniz Mall-un 1-ci mərtəbəsindəki Chaixona restoranı həftənin hər günündə saat 19:30-dan canlı musiqi səsləndirir. Müştərilər burada salatlardan 5-20, qəlyanaltılardan 3-40, əsas yeməklərdən isə 12-30 manata dada bilərlər. Bundan başqa, uşaq menyusu da mövcuddur. Şorba, salat və isti yemək daxil, menyu 25-30 manat arası dəyişir.

Həftənin hər günündə canlı musiqi təqdim edən restoranlardan biri də Zoğal restoranıdır. Buradakı salatlar 6-10 manat, kabablar 7-20 manat, balıq yeməkləri isə 20-40 manat arası dəyişir.

Nərimanovda yerləşən LaTerracce restoranında canlı ifa həftənin bazar ertəsindən başqa, hər gün saat 20:00-dan səsləndirilir. Bu məkanda qəlyanaltıların qiyməti 4 manatdan başlayır, pizzalar 8-13, isti yeməklər 12-25 manat arasında dəyişir.

Funikulyorun yanında yerləşən Çinar restoranında musiqi sədaları altında şam yeməyi yemək istəyənlər həftəiçi bazar ertəsi xaric saat 20:00-dan sonra bura üz tuta bilərlər. Burada siz yapon mətbəxini dada bilərsiniz. Salatların qiyməti 9-21, sushi 17-23, əsas yeməklərin qiyməti isə 18-34 manat civarındadır.

Bar və Restoran kimi fəaliyyət göstərən Crazzy Bear-də canlı musiqi hər gün saat 20:00-dan ifa olunur. Qırmızı taxtadan qədim İngilis pabları kimi dekorasiya edilmiş bu yerdə salatların qiyməti 6-14, qəlyanaltılar 4-15, isti yeməklər 10-24 manatdır. Kokteyllərin qiyməti isə 7,10,12,16 manatdır.