Bakı: narkotik dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfəri saxlayıb. Bu haqda sentyabrın 30-da DİN məlumat verib.

Axtarış zamanı həmin şəxslərin üzərində ayrı ayrılıqda heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkə vətəndaşından aldıqları məlum olub.

Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işləri başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: narkotik dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər