Bakı: poliklinikanın şüşələrini sındıraraq həkimlərə xəsarət yetirənlər barəsində cinayət işi açılıb

Avqustun 31-də paytaxtın Xətai rayonundakı 7 saylı şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsini kobud şəkildə pozan şəxslər barəsində cinayət işi açılıb. Bu barədə sentyabr ayının 2-də Baş Prokurorluqdan məlumat verilib.

Məlumata əsasən, Ceyhun Ağayev adlı şəxs növbə gözləyərkən poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı ilə birlikdə içəri daxil olub. Onlar orada işləyən üç həkimə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Həmçinin sosial şəbəkələrdə yayılan videogörüntülərdə Ağayev Qarabağ qazisi olduğunu söyləyib. Lakin Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib: “Həmin şəxsin I Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub”.

Faktla bağlı Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: poliklinikanın şüşələrini sındıraraq həkimlərə xəsarət yetirənlər barəsində cinayət işi açılıb”

Tövsiyə xəbərlər