Bakı: polis həyat yoldaşını şöbədə güllələyərək öldürüb

Sentyabrın 30-da səhər saat 9 radələrində paytaxtın Nizami rayonunda polis əməkdaşı şöbədə həyat yoldaşını xidməti silahla öldürüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, polis əməkdaşı İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədova ailə münaqişəsi zəminində 24-cü Polis Şöbəsinə ondan şikayətə gəlib. İ.Məmmədov da həmin şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: polis həyat yoldaşını şöbədə güllələyərək öldürüb”

Tövsiyə xəbərlər