Bakı: Sabunçu rayonunun 4 saylı məktəbin direktoruna cinayət işi açılıb

Avqustun 17-də Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Cahangir Cahangirov adına 4 saylı tam orta məktəbin direktoru Rəhimova Fətdanə Əsədulla qızına cinayət işi açılıb. O, dövlət büdcəsindən ayrılan 35 min manat vəsaitin mənimsəməsində şübhəli bilinib.

Fətdanə Rəhimovanın xidməti otağında və yaşadığı ünvanda aparılmış axtarış zamanı məktəbin əməkdaşlarının adına olan ümumilikdə 38 ədəd əmək haqqı kartı, çoxsaylı sosial sığorta şəhadətnamələri və digər əhəmiyyətli sənədlər aşkar edilib.

Sabunçu rayon prokurorluğunda cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bakı: Sabunçu rayonunun 4 saylı məktəbin direktoruna cinayət işi açılıb”

Tövsiyə xəbərlər