Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib. Bu barədə 10 fevral tarixində Dövlət Sosial Müdafiə Fondunun Twitter səhifəsində məlumat yayılıb.
Qeyd edək ki, fevral ayının pensiyaları ilə yanaşı yanvar ayının artımı və maddi yardımın ilk rüb ödənişi də köçürülüb.
Bundan başqa 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunub.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.— Dövlət Sosial Müdafiə Fondu (@dsmfsosialgovaz) February 10, 2022