Sentyabrın 29-da səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Tıxac Saray postu istiqamətindən 20 Yanvar metro stansiyasının yaxınlığına qədər davam edir. Nəticədə DYP əməkdaşları avtomobilləri Bakı istiqamətinə hissə-hissə buraxmaqla yollarda hərəkəti nizamlamağa çalışır.
Ehtimal olunur ki, yollarda sıxlığa səbəb Azərbaycanda V-XI siniflərdə və ali məktəblərdə dərslərin başlanılmasıdır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.