Azərbaycan Türkiyə ilə qaz və mədən sahəsində əməkdaşlığa dair sənədlər imzalayacaq. Bu barədə dekabrın 20-də Sputnik Azərbaycan məlumat paylaşıb.
Məlumata əsasən, sənədin imzalanması Bakıda 21-22 dekabr tarixlərində keçiriləcək 1-ci Azərbaycan-Türkiyə Enerji Forumunda gözlənilir.
Həmçinin Forum çərçivəsində karbohidrogen və neft-kimya, elektrik enerjisi, bərpa olunan enerji və tənzimləmə sahələri üzrə iclaslarının keçirilməsi və türkiyəli nümayəndə heyətinin Səngəçal terminalına səfəri planlaşdırılır.