Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi, ev 3A ünvanında yaşayan 2007-ci il təvəllüdlü Nəbiyev Nicat Məsum oğlu itkin düşüb. Bu barədə 28 avqust tarixində Report məlumat verib.
Belə ki, gənc oğlan avqustun 21-i saat 16:00 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun yaxınları hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır.