Bakıda Xətai rayonunun Vunqtau küçəsində 45 şam ağacı avqustun 11-də baş verən yanğın zamanı məhv olub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi məlumat verib.
İlkin məlumata görə açıq ərazidə kol-kos alovlanıb.
Yaşıllığa dəymiş ziyanın hesablanması üçün araşdırmalar aparılır.
Xidmətin nümayəndəsinin dediyinə əsasən, yanğınla bağlı toplanmış materiallar FHN-nin İdarəsinə göndəriləcək.
Eyni gündə Qəbələnin Tikanlı kəndi yaxınlığında, dağlıq ərazidə yanğın başlayıb. İlkin məlumata görə, təxminən 4 hektar sahədə quru ot və kol-kos yanır. Hadisə yerinə FHN-nin yanğından mühafizə bölmələri və helikopter cəlb olunub.
Daha öncə, avqustun 1-də Yardımlıda, avqustun 3-də Lənkəranda və avqustun 4-də Ağsuda yanğın baş vermişdi. Hər üç yanğın artıq söndürülüb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.