güllələnmə, tüfəng

Bakı: 9 yaşlı uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub

Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub. Bu barədə 21 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Belə ki, yanvarın 20-si saat 17:00 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı “ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işi başlanıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx