Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib. Bu barədə dekabrın 7-də Report məlumat verib.
Bildirilib ki, o, ürək tutmasından 65 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mahmud Nəbiyev 2000-ci ildən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.