TÖVSİYƏ XƏBƏRLƏR

Bakı-Ələt yolunda avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

Bakı-Ələt yolunda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 22 dekabr tarixində xəbər verir.

Dekabrın 24-dən 25-nə keçən gecə Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 25-ci km-də (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun qarşısında) avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Buna səbəb yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılmasıdır.

Qurum sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx