Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bu barədə 5 iyun tarixində Report məlumat verib.
Bu vəzifə Sabir Bilalova həvalə edilib.
O, bundan əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşı olub.