TÖVSİYƏ XƏBƏRLƏR

Bakı-Gəncə-Bakı reysinə bilet almaq istəyənlərin nəzərinə

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. Bu barədə 10 noyabr tarixində “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Prosesin 2022-ci ilin noyabrın 11-i saat 19:00-dan noyabrın 14-ü saat 00:00-dək davam edəcəyi gözlənilir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası nəzərdə tutulur. Onlayn biletin dayandırılması bu keçid prosesi ilə bağlıdır.

Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.

Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının kassalarında həyata keçiriləcək. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda nağdsız qaydada aparılması mümkündür.

Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər.

Biletlərin geri qaytarılması ilə əlaqədar ödənilmiş məbləğ onlayn satışın bərpa olunmasından sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödədiyi bank hesabına köçürüləcək.

Bu müddət ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara bilet satışında hər hansı məhdudiyyət olmayacaq.

İnformasiya resurslarının təkmilləşdirilməsi ilə əlaqədar ADY-nin “1822-Əlaqə Mərkəzi”nin işində də fasilələr yarana bilər.

Bu baxımdan sərnişinlər və dəmir yolu nəqliyyatından istifadə etmək istəyən şəxslər sualları və çətinlikləri ilə bağlı (012) 499 45 15 telefon nömrəsinə zəng edə bilərlər.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx