Cari ilin ilk 6 ayı ərzində Bakı Limanında 27 844 konteyner (TEU ekvivalentində) aşırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,8% çoxdur. Bu barədə 28 iyul tarixində Bakı Limanının Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, 2018-ci ildən konteyner aşırımı 2 dəfədən çox artıb. Belə ki, 2018-ci ildə 22 887 ədəd konteyner, 2021-ci ildə isə 45 025 konteyner aşırılıb.