TÖVSİYƏ XƏBƏRLƏR

Bakı: lotereya satışı məntəqəsindən 90 bilet oğurlanıb

Bakıda lotereya satışı məntəqəsində soyğunçuluq edilib. Bu barədə məlumatı 20 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə verib.

Noyabrın 18-də metronun “28 May” stansiyasının qarşısında yerləşən lotereya satışı məntəqəsində piştaxtanın üzərindən 90 ədəd lotereya biletini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.Dəmir Yolu Nəqliyyatının Polis İdarəsində araşdırma aparılır.