Bakı məktəblərində işə qəbul üçün müsahibə mərhələsi başlayır

16-25 avqustda Bakı məktəblərində işə qəbul üçün müsahibə mərhələsi keçiriləcək.

Vakant yerlər iki vəzifə üzrə ayrılıb: direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.

Müsahibənin keçirilmə vaxtı və yeri, tələb olunan sənədlərin siyahısı barədə məlumatlar namizədlərin “Şəxsi kabinet”inə göndərilib.

Daha öncə keçirilən test imtahanı mərhələsinin nəticələrinə əsasən, 192 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx