TÖVSİYƏ XƏBƏRLƏR

Bakı Metropoliteni: ötən il bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib

“Ötən il bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib”. Bunu “Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib. Bu barədə 1 noyabr tarixində AZƏRTAC məlumat verib.

“Metropolitenin ən əsas gəliri məhz sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil. Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur”, – deyə sədr müavini bildirib.

Qeyd edək ki, hazırda metroda gediş haqqı 40 qəpikdir.